ABŞ-da donuz ürəyi köçürülən növbəti xəstə dünyasını dəyişdi
04.11.2023 12:44

Dünyasını dəyişən pasiyent sağalmaz ürək xəstəliyi olan 58 yaşlı Lourens Faucett olub.

Aztibb.az xəbər verir ki, bu barədə ABŞ-ın Merilend Universitetinin Tibb Mərkəzinin saytında bildirilib.

Hesabatda qeyd edilib ki, o, geni dəyişdirilmiş donuzdan dünyada ikinci ürək transplantasiyası edilən pasiyentdir.

Əməliyyatdan sonra xəstə sağalmağa başlayıb və intensiv şəkildə fizioterapiya ilə məşğul olub, yerimə qabiliyyətini bərpa etməyə çalışıb, ailə üzvləri ilə ünsiyyət qurub.

Son günlər onun vəziyyəti qəflətən pisləşib və həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Pasiyent transplantasiyadan sonra təxminən altı həftə yaşayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev