Psixoloqlar manikürün qadınların psixi sağlamlığına təsir etdiyini iddi edib
01.11.2023 13:19

Yaponiyanın Saitama Qakuen Universitetinin alimləri manikür prosesinin qadınların psixi sağlamlığına təsirini araşdırıblar.

Aztibb.az “Frontiers in Psychology” elmi jurnalına istinadən xəbər verir ki, mütəxəssislər bu müasir ritualın insanların emosiyalarına, istirahətinə və ümumi rifahına necə təsir etdiyini anlamaq istəyiblər.

Manikürün psixoloji təsirini anlamaq üçün tədqiqatçılar müxtəlif yaş qrupları və regionlardakı yapon qadınları arasında onlayn sorğu keçiriblər. Tədqiqatda 20-30 yaş arası 500 yapon qadın iştirak edib.

İştirakçılar yaşları, ailə vəziyyəti, gəlirləri, kosmetika xərcləri ilə bağlı sualları cavablandırıblar. Bundan əlavə, dırnaqlara qulluq vərdişləri, öz manikürlərini edib-etməmələri və ya gözəllik salonlarına baş çəkməmələri ilə bağlı suallara cavab veriblər.

Tədqiqat müəyyən edib ki, salon dırnaq ustalarından dırnaq baxımı xidmətləri alan insanlar öz dırnaqlarına qulluq edənlərlə müqayisədə daha çox müsbət emosiyalar aldıqlarını və daha çox istirahət etdiklərini bildiriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev