Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırmalıdır?
05.11.2023 13:22

Valideynlər ibtidai siniflərdə uşaqlarına təkcə dərs tağşırığını yerinə yetirmək yox, dinamik fasilələr verməyi də unutmamalıdırlar - hoppanmaq, qaçmaq, və s.

Aztibb.az psixoloqların tövsiyəsinə əsaslanaraq xəbər verir ki, uşaq bir dərsi yerinə yetirdisə fasilə etməlidir. Və bu fasilə zamanı uşağa istədiyini etməyə imkan verin. Amma bu zaman kompüterlə oynamaq və televizora baxmağı qadağan etmək lazımdır.

4-5-ci siniflərdə ev tapşırığına 2 saatdan, 6-8-ci siniflərdə 2.5 saatdan, yuxarı siniflərdə isə 3.5 saatdan artıq ayırmaq lazım deyil.

İstirahət etmək mütləqdir. İdeal odur ki, məktəbdən sonra uşaq bir qədər gəzsin, sonra evə qayıdıb nahar etsin, ardınca istirahət etsin və ancaq ondan sonra dərslərə başlasın.

Uşaq üçün ən aktiv dönəm - saat 11-dən 13-ə qədər, eləcə də saat 16.00-dan 19.00-a qədər olan dönəmdir. Nəzərə alanda ki, 5-ci dərs saat 13.00-13.30-da bitir, o zaman gəzinti, yemək və istirahətdən sonra saat 16.00-ya yaxın dərs oxumağa başlamaq ən ideal variantdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev