Yoluxma artarsa, fəsadların da sayı çox olar - TƏBİB
23.10.2020 15:31

COVID-19-a yoluxmanın, itkilərimizin qarşısının alınması üçün insanlar Ümumdünya Səhiyyə Təşkilatının mövcud təlimatlarına əməl etməli, sıx toplaşmamalı və belə yerlərdən uzaq olmalı, sıx toplaşdıqları zaman isə açıq havada olsalar belə, tibbi maskadan istifadə etməlidirlər.

 

Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

 

A.Qurbanov əlavə edib ki, insanlar bizimlə bir ilə yaxın davam edən pandemiyanın bu şərtlərini unutmamalıdır.

 

O, Birinci vitse-prezident Mehriban Əliyevanın da dünən pandemiyaya qarşı müharibənin hələ davam etdiyini, Avropa dövlətlərinin əksəriyyətində çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə mindiyini söylədiyini xatırladıb:

 

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müsahibəsində də dediyi kimi, Azərbaycan bugünədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilib. Ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Mehriban Əliyeva “Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər” deyərək insanları daha məsuliyyətli olmağa çağırdı”.

 

Direktor müavini qeyd edib ki, ölkəmizdə yoluxma sayı artsa da, aparılan tədbirlər nəticəsində xəstəliyi ağır keçirən insanların sayında artım müşahidə edilmir.

 

Azərbaycanda koronavirusdan ölüm səviyyəsinin az olduğunu xatırladan mütəxəssis əhalini arxayınlaşmamağa çağırıb:

 

“Azərbaycanda müşahidə edilən ölüm səviyyəsi digər ölkələrlə müqayisədə azdır. Amma hər şey xəstə sayına bağlıdır. Xəstə sayı çoxdursa, yoluxma artırsa, fəsadların da sayı çox olur. İnsanlar bunu nəzərə almalı, arxayınlaşmamalıdırlar”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib