Epidemioloji durum pisləşərsə, yeni lokal qapanmalar ola bilər - Baş infeksionist
23.10.2020 15:25

Azərbaycanda epidemioloji durum pisləşərsə, koronavirusla əlaqədar yeni lokal qapanmaların olması ilə bağlı qərarlar verilə bilər.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

 

Onun sözlərinə görə, lokal qapanmalar koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərdən biridir:

 

“Lokal qapanmaya o vaxt gedilir ki, hansısa bir ərazidə yaşayan inasanlar arasında infeksiyaya yoluxma halları digər ərazilərdən əhəmiyyətli dərəcədə çox olur. Bu, həmin ərazi üçün görülən vacib tədbirlərdən biridir. Əgər bu kimi tədbirlər effektiv olmazsa, daha sərt tədbirlərə başlanıla bilər. Belə addımlar atılmırsa, deməli mövcud vəziyyət nəzarətolunandır”.

 

Baş infeksionist əlavə edib ki, mütəxəssislər tərəfindən epidemioloji durum bütün respublika və ayrı-ayrı bölgələr üzrə mütəmadi olaraq araşdırılır. Lakin əvvəlcədən hansı qərarın və hansı bölgə üzrə veriləcəyini proqnozlaşdırmaq çətindir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib