Dünyanın müxtəlif ölkələrində koronavirusla bağlı son vəziyyət
23.10.2020 11:09

İtaliyada ardıcıl iki gündə rekord sayda yeni növ koronavirusa (COVID-19) yoluxma hadisəsi qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, pandemiya başlayandan ilk dəfə olaraq bir gündə yeni növ virusa yoluxanların sayı 16 mini keçib. Son sutkada 16079 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Bir gün əvvəl bu rəqəm 15199 olub. 

 

Qeyd edək ki, yaz fəslində yoluxma hadisəsi 6,5 mindən aşağı olub.

 

Çexiyada son sutka ərzində COVID-19-a 14 151 yoluxma halı qeydə alınıb, 106 nəfər koronavirusdan vəfat edib. Ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 1 845 nəfərə çatıb.

 

Ukraynada son sutkada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb. Belə ki, ötən gün ölkədə 7517 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 330 min 396-ya çatıb, 137 min 538 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Jitomir və Xarkov vilayətlərində qeydə alınıb.

 

Ötən gün ölkədə 121 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 6164 nəfərə çatıb.

 

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

 

Qazaxıstanda koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirus infeksiyasına ən çox yoluxma halı Almatıda müşahidə olunub. Son sutka ərzində ölkədə 179 yeni yoluxma halı qeydə alınıb.

 

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 110 min 86 nəfərə çatıb.

 

Pandemiya qurbanlarının sayı 1796 nəfərə, sağalanların sayı isə 105 min 493-ə yüksəlib.

 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa 1 759 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 24 562  nəfərə, ölənlərin sayı 183 nəfərə çatıb.

 
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 408 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan  9 751 nəfərin sağaldığı bildirilir.

 

Ermənistanda son sutka ərzində koronavirus infeksiyasına 2 474 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb. Yoluxanların ümumi sayı 73 310 nəfərə çatıb. 

 

Ölkədə COVID-19-dan ölənlərin sayı 1 145 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib