ÜST: Yolxucu xəstəlik poliomielit Afrikanın 21 ölkəsində müşahidə olunur
27.10.2023 09:39

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsinin əksər ölkəsində poliomielit hallarının olduğunu açıqlayıb.

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, ÜST-ün Afrika üzrə nümayəndəliyi açıqlamasında Afrikadakı poliomielit hadisələrinə diqqət çəkib.

Açıqlamada qitənin 21 ölkəsində poliomielit hallarının olduğu bildirilib.

Açıqlamada poliomielitlə mübarizənin yetərincə olmadığı vurğulanıb, xəstəlikdən əziyyət çəkən və hələ də tibbi müdaxilənin edilmədiyi bölgələrin çox olduğu qeyd edilib.

Digər tərəfdən, son bir ildə uşaq iflici hallarında azalma olduğu da paylaşılıb.

Qeyd edək ki, poliomielit 5 yaşdan kiçik uşaqlarda baş verən və eyni adlı virusun törətdiyi xəstəlik kimi müəyyən edilir.

Virus hər 200 hadisədən birində onurğa beyninə yayılır və geri dönməz ifliclərə səbəb olur. İflic olanların 5-10 faizi tənəffüs əzələləri təsirləndikdə ölür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev