Dərmana davamlı bakteriya ilə mübarizə apara bilən yeni növ antibiotik hazırlanıb
07.01.2024 12:39

Alimlər törətdiyi ölümcül infeksiyalarla tanınan və antibiotikə davamlı patogenlər sırasında yer alan "Acinetobacter baumannii" bakteriyasını məhv etmək potensialına malik yeni növ antibiotik hazırlayıblar.

Aztibb.az “CNN”ə isyinadən xəbər verir ki, məlumatına görə, Harvard Universiteti və İsveçrənin Hoffmann-La Roche əczaçılıq şirkətindən tədqiqatçılar insan orqanizmində ölümcül infeksiyalara səbəb olan dərmana davamlı bakteriyalara qarşı klinik müalicə üsullarını tapmaq üçün təxminən 45 min antibiotik molekulunu araşdırıblar.

Müayinə zamanı “Zosurabalpin” tipli antibiotikin laboratoriya şəraitində dərmana davamlı “Acinetobacter baumannii” bakteriyalarını xeyli dərəcədə zərərsizləşdirdiyi müşahidə edilib.

Tədqiqatçılar "Zosurabalpin" adlı antibiotikin "Acinetobacter baumannii"nin törətdiyi bakteriyaların səviyyəsini əhəmiyyətli dərəcədə azaltdığını müşahidə ediblər.

100-dən çox klinik nümunə ilə mübarizə aparmağı bacardı

Tədqiqatlar göstərdi ki, Zosurabalpin 100-dən çox klinik nümunədə bütün dünyada çox təsirli olan "Acinetobacter baumannii" bakteriyasının yaratdığı infeksiya ilə mübarizə apara bilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə, "Acinetobacter baumannii" bakteriyası hazırda istifadə edilən antibiotik növlərinə yüksək müqavimət göstərir; Ağciyərlərdə, sidik yollarında və qanda ciddi və yüksək ölümcül infeksiyalara səbəb olur.

Hər il ABŞ-da təxminən 8500 infeksiyaya və 700 ölümə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "təcili olaraq yeni antibiotiklərə ehtiyacı olan bakteriyalar" siyahısında birinci yerdə olan bu növ ABŞ-da hər il təxminən 8500 infeksiyaya və 700 ölümə səbəb olur.

Asiya və Yaxın Şərqdə də daha çox rast gəlinən bu bakteriya növü dünya üzrə reanimasiya şöbələrində infeksiyaların 20 faizinə səbəb olur.

Xəstəxanalar və qocalar evləri kimi tibbi şəraitdə inkişaf edən bu bakteriya növü, əməliyyat nəticəsində açıq yaraları olan, infeksiyaya yoluxma riski yüksək olan insanlara təsir göstərir.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib