2050-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu piylənmədən əziyyət çəkəcək - "The Lancet" jurnalı
05.03.2025 09:45

Bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada böyüklərin yarısından çoxunun artıq çəki və ya piylənmə problemi yaşayacağı proqnozlaşdırılır.

 

Aztibb.az "The Lancet" jurnalında dərc olun arşdırmaya istinadən yazır ki, 200-dən çox ölkədən alınan məlumatlara əsaslanan tədqiqatçılar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ən mühüm sağlamlıq probleminə çevrilən piylənmənin gedişatını araşdırıblar.

 

Ümumdünya Səhiyyə Təşkilatı artıq çəkiyə “orqanizmdə həddindən artıq yağ yığılması”, piylənmə isə “bədənin yağ kütləsinin arıq kütləyə nisbətinin artması, nəticədə bədən çəkisinin boyuna nisbətdə arzu olunan həddi aşması” kimi təyin edilir.

 

Tədqiqat, 2021-ci ilə qədər dünya üzrə yetkin əhalinin demək olar ki, yarısının artıq çəkidən və ya piylənmədən əziyyət çəkdiyini və həm kişilərdə, həm də qadınlarda bu sağlamlıq problemini yaşayan insanların nisbətinin 1990-cı ildən bəri iki dəfə artdığını qeyd edib.

 

Tədqiqat müəyyən edib ki, mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər artıq çəki və piylənmə nisbəti kişilərdə 57,4, qadınlarda isə 60,3 faizə çata bilər.

 

Araşdırmada, xüsusilə uşaqlar, yeniyetmələr və gənclər arasında piylənmənin 121 faiz artacağı proqnozlaşdırılıb və 2050-ci ilə qədər piylənmə problemli gənclərin sayının 360 milyona çatmasının gözlənildiyi vurğulanıb.

 

Tədqiqat həmçinin 2050-ci ilə qədər piylənmənin Çin, Hindistan və ABŞ-da daha çox yayılacağı proqnozlaşdırıldığını bildirib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev