Dünya əhalisi təhlükəli dərəcədə çirklənmiş hava ilə nəfəs alır 
12.03.2025 17:05

Dünyanın əksər ölkələrində hava təhlükəli dərəcədə çirklənmişdir və şəhərlərin yalnız kiçik bir hissəsi ekoloji standartlara cavab verir.

 

Aztibb.az xəbər verir ki, bu barədə IQAir-in hesabatına istinadən "Associated Press" məlumat yayıb.

 

Mütəxəssislər 138 ölkədəki 40 000 monitorinq stansiyasının məlumatlarını tədqiq edərək müəyyən ediblər ki, ən yüksək çirklənmə səviyyəsi Çad, Konqo, Banqladeş, Pakistan və Hindistanda qeydə alınıb. Sonuncuya ən çox çirklənmiş 9 şəhərdən altısı daxildir və sənaye mərkəzi Birnihat antireytinqin lideri olub.

 

Mütəxəssislərin fikrincə, real vəziyyət daha da pis ola bilər, çünki bəzi rayonlarda monitorinq məntəqələri praktiki olaraq yoxdur. Məsələn, Afrikada bir neçə milyon insan üçün havanın keyfiyyətinə nəzarət edən yalnız bir cihaz var. Bununla belə, vəziyyət tədricən dəyişir - təkcə son bir ildə müxtəlif ölkələrdə minə yaxın yeni stansiya quraşdırılıb.

 

Sunway Planet Sağlamlığı Malayziya Mərkəzinin baş alimi Fatima Ahamad havanın çirklənməsinin tənəffüs xəstəlikləri, xərçəng və hətta Alzheimer xəstəliyi riskini artırdığını deyib.

 

ÜST hər il təxminən 7 milyon insanın havanın çirklənməsindən dünyasını dəyişdiyini təxmin edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev