Akademik: Hər beş ildən bir qızılca xəstəliyinin artması müşahidə olunur
16.03.2025 15:18

ÜST Avropa regionunda qızılcaya yoluxma hallarının rekord səviyyədə olduğunu, Avropa ölkələri ilə yanaşı, Belarus, Ermənistan, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkiyə kimi postsovet ölkələrini də əhatə etdiyini bildirib.

 

Aztibb.az “Rossiyskaya qazeta”ya istinadən yazır ki, keçən il yoluxanların sayı son dörddəbir əsrdə ən yüksək göstərici olub.

 

Bu tendensiya necə izah oluna bilər və region ölkələrindəki vəziyyət haqqında nə demək olar? Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Qorelov bu mövzuda sualları cavablandırıb.

 

"Qızılcaya yoluxma hallarının artması mütəmadi olaraq, orta hesabla hər beş ildən bir müşahidə olunur. Bu, peyvənd olunmayan zəif immunitetli insanların sayının getdikcə artması ilə əlaqədardır. Hazırda qızılca ilə bağlı vəziyyət sabitdir. Keçən il genişmiqyaslı peyvənd kampaniyası aparılıb. Beləliklə, biz xəstəliyin pik həddi 24-cü ilin aprel ayında keçib xəstəlikdir", -deyə Aleksandr Qorelov bildirib.

 

Akademik qeyd edib ki, qızılcadan danışarkən iki vacib şeyi başa düşmək lazımdır. Birincisi, bu, yüksək yoluxuculuq indeksinə malik ağır və yüksək yoluxucu bir infeksiyadır. Qızılca xəstəsi ilə eyni otaqda olan qızılcaya qarşı peyvənd olunmayan on nəfərdən, demək olar ki, 8-9 nəfər yoluxacaq. Ona görə də qızılca xəstəliyinə yoluxma riski çox böyük şəhərlərdə, ticarət mərkəzlərində rast gəlinir.

 

İkincisi, bu, peyvəndlə qarşısı alına bilən infeksiyadır, uşaqlar məktəbə qədər iki dəfə, 1 yaşında və 6 yaşında qızılcaya qarşı peyvənd olunmalıdırlar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev