Malyariyaya qarşı gözlənilən peyvəndlər artıq mövcuddur
29.01.2024 10:17

Kamerunda icra olunan müntəzəm immunizasiya proqramının bir hissəsi kimi tətbiq edilən ilk müntəzəm uşaqlıq malyariya peyvəndi “GlaxoSmithKline” tərəfindən istehsal olunan RTS, S və ya Mosquirix peyvəndləri ilə idi.

Aztibb.az “Medimagazin” portalına istinadən xəbər verir ki, 60 illik axtarışdan sonra, müntəzəm immunizasiya proqramının bir hissəsi olaraq verilən ilk müntəzəm uşaqlıq malyariya peyvəndləri ötən həftə Kamerunda körpələrə və gənc uşaqlara tətbiq edildi.

Körpələrə bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2021-ci ildə ümumi istifadə üçün təsdiq edilmiş RTS, S və ya Mosquirix peyvəndləri tətbiq edilib.

Xəstəliyi və ölümü azaldır

Peyvəndin effektivliyi zamanla nəzərəçarpacaq dərəcədə azalıb, lakin ÜST-ün Qana, Keniya və Malavidə apardığı 4 illik sınaq onun gənc uşaqlarda xəstələnmə və ölüm hallarını azaltdığını göstərib. On doqquz digər Afrika ölkəsi bu il yeni təsdiqlənmiş başqa bir malyariya peyvəndi olan RTS, S və ya R21-i müntəzəm olaraq tətbiq etməyə başlamağı planlaşdırıb.

Hər iki peyvənd normal olaraq həyatın altıncı ayından başlayaraq dörd peyvənd seriyası olaraq verilir.

 

Malyariya hər il Afrikada 5 yaşından aşağı təxminən 470.000 uşağı öldürür. Digər tərəfdən, Kamerunda malyariyaya yoluxma halları 2015-2022-ci illər arasında 49% artıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev