Şəkərli diabetin qarşısını alan dərman sınaqdan keçiriləcək
25.10.2023 16:14

Sankt-Peterburqda 1-ci tip şəkərli diabetin inkişafının qarşısını ala biləcək dərmanın klinik sınaqlarına başlanılacaq.

Aztibb.az “Neva Today” internet qəzetinə istinadən xəbər verir ki, sınaq məqsədlə Biocad şirkəti Rusiya Federasiyasının Səhiyyə Nazirliyindən icazə alıb.

Qeyd edək ki, 1-ci tip şəkərli diabet mədəaltı vəzinin beta hüceyrələrinin məhvinə əsaslanan bir xəstəlikdir. Bu vəziyyətdə bədəndə insulin çatışmazlığı inkişaf edir, xroniki hiperqlikemiyaya - qanda qlükoza səviyyəsinin artmasına səbəb olur.

Monoklonal anticisimlər əsasında yaradılmış yeni "Biocad" preparatı beta hüceyrələrinin məhvinin qarşısını ala bilər.

Klinik sınaqların birinci mərhələsi Sankt-Peterburqda keçiriləcək, təcrübələrdə 18 yaşdan 45 yaşa qədər sağlam kişilər iştirak edəcəklər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev