ÜST uşaqlarda malyariya xəstəliyinin qarşısını almaq üçün ikinci peyvəndin istifadəsini tövsiyə edir
05.10.2023 09:43

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya riski olan uşaqlarda xəstəliyin qarşısını almaq üçün R21/Matrix-M adlı ikinci peyvəndi tövsiyə etdiklərini açıqlayıb.

Aztibb.az “Haberturk” saytına istinadən xəbər verir ki, bu barədə ÜST-ün peyvənd üzrə ekspertlərdən ibarət Strateji Məsləhət Qrupunun (SAGE) ötən həftə keçirilən və COVID-19 da daxil olmaqla bir sıra peyvəndlərin istifadəsi ilə bağlı məsələlərin müzakirə edildiyi iclasda bildirilib.

Bir çox xəstəlikdə olduğu kimi, COVID-19-a qarşı istifadə edilən təhlükəsiz və təsirli peyvəndlərin də epidemiya ilə mübarizədə mühüm rol oynadığı qeyd edilib. Peyvəndlərin ən qədim xəstəliklərdən biri olan malyariya ilə mübarizədə yeni ümidlər verdiyi vurğulanıb.

Təxminən 2 il əvvəl ÜST RTS,S adlı ilk malyariya peyvəndinin geniş şəkildə istifadəsini tövsiyə etdi. Hazırda ÜST virusun qarşısını almaq üçün R21/Matrix-M adlı ikinci peyvəndi tövsiyə edir.

Qeyd edilib ki, araşdırılan R21 adlı malyariya peyvəndinin simptomatik malyariya hadisələri 12 ay ərzində 75 faiz azalıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev