Səhər məşqlərinin xərçəngin qarşısının alınmasında inanılmaz ROLU
21.10.2020 16:59

Səhər idman etmək, gəzmək və ya velosiped sürmək xərçəngin qarşısını ala bilər. Məlumata görə, səhər fiziki fəaliyyət hormon səviyyəsi və qida mübadiləsinə təsir edir.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, bu barədə Barselona Qlobal Sağlamlıq İnstitutunun işçiləri araşdırma aparıb. Tədqiqatda 2800 nəfər iştirak edib. 

 

Araşdırma nəticəsində məlum olub ki, səhər saat 8-dən 10-a qədər fiziki cəhətdən aktiv olanlarda prostat və ya süd vəzi xərçənginin yaranma ehtimalı azdır.

 

Alimlərin hesabatında deyilir: "Xərçəngin yaranmasında mümkün səbəblərdən biri gündəlik rejimin pozulması, qida qəbulu və işıq səviyyələri kimi xarici faktorların yaratdığı narahatlıqdır. Həyat boyu nizamlı fiziki fəaliyyət xərçəng riskini azalda bilər. Və bu qoruyucu təsir səhər idman etdikdə daha faydalı ola bilər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub