Britaniyada, Türkiyədə və Moskva şəhərində koronavirusa yoluxma göstəriciləri
21.10.2020 11:01

Böyük Britaniyada yeni nööv koronavirus (COVID-19) infeksiyasına 21 331 yeni yoluxma faktı qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, son sutka ərzində koronavirusdan rekord sayda ölüm qeydə alınıb - 241 nəfər.

 

Hazırkı dövrədək ölkədə 762 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 43 967 nəfər vəfat edib.

 

Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər ölüb. Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 116 565 şübhəli koronavirus testindən keçib, onlardan 1894-nün cavabı pozitiv çıxıb, 1512 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1545 nəfər olub.   

 

Türkiyədə ümumilikdə 351 413 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9445 nəfər ölüb.

 

Rusiyanın paytaxtı Moskva şəhərində isə son sutka ərzində koronavirusdan 63 nəfər dünyasını dəyişib. Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 6121 nəfərə çatıb.

 

Qeyd edək ki, ötən gün Moskvada yoluxma sayı 49 olub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib