Koronavirusu nəfəs vasitəsilə müəyyən etmək mümkün olacaq
20.10.2020 23:04

Sinqapur alimləri koronavirusa yoluxub yoluxmamağı insanın nəfəsi ilə müəyyənləşdirməyə imkan verən yeni test təqdim ediblər.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə “Breathonix” tərtibatçı şirkətindən bildirilib.

 

Koronavirusu aşkar etmək üçün hazırda mövcud olan metodlardan fərqli olaraq, yeni test insan tənəffüsünün kimyəvi tərkibindəki dəyişiklikləri qeyd edir.

 

Sinqapur Milli Yoluxucu Xəstəliklər Mərkəzindən 180 xəstənin iştirak etdiyi ilk klinik sınaqlarda tədqiqat dəqiqliyi 90 faiz göstərilib. Müəlliflər, yaxın gələcəkdə testin daha 600 könüllü üzərində test ediləcəyini də bildiriblər.

 

Layihə rəhbərlərinin sözlərinə görə, belə bir test cihazının istifadəsi üçün xüsusi təlim keçmiş kadrlara ehtiyac yoxdur, diaqnostika hava limanları kimi ən işlək yerlərdə həyata keçirilə bilər. Nəticələr bir neçə dəqiqə ərzində bəlli olur.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib