ABŞ və Cənubi Afrika Respublikasında yeni HİV peyvəndinin 1-ci faza sınaqlarına başlanılıb
25.09.2023 12:14

ABŞ və Cənubi Afrika Respublikasında Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) səbəb olan İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşı yeni profilaktik peyvəndin Faza-1 tədqiqatlarına başlanılıb.


Aztibb.az xəbər verir ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Milli Sağlamlıq İnstitutunun (NIH) verdiyi açıqlamaya görə, "VIR-1388" adlı bu peyvəndin təhlükəsizliyini və onun təsir qabiliyyətini qiymətləndirmək üçün 1-ci mərhələ peyvənd prosesi başladılıb. Bu insanlarda HİV-ə qarşı immunitet təmin edəcək.


ABŞ-da 6 müəssisədə və Cənubi Afrikada 4 sahədə həyata keçirilən birinci faza birinci doza peyvəndləri İİV daşıyıcısı olmayan 95 könüllü ilə aparılacaq.


Açıqlamada Faza-1 mərhələsinin ilk nəticələrinin 2024-cü ilin sonunda alınacağı, könüllülərin ilk peyvənddən sonra 3 il izlənəcəyi bildirilib.


Qeyd edilib ki, yeni peyvənd 2004-cü ildən hazırlanıb və NIH tərəfindən maliyyələşdirilir.


Cənubi Afrika Respublikası dünyada HİV-ə yoluxma hallarının ən çox olduğu ölkədir.


Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NICD) məlumatına görə, ölkədə təxminən 7,7 milyon HİV daşıyıcısı var.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, 2022-ci ilə qədər dünyada təxminən 39 milyon insan HİV-ə malikdir. Dünyada hər 5 HİV daşıyıcısından biri Cənubi Afrikada yaşayır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev