Hipertoniya xəstələri adekvat müalicə edilmir - ÜST
24.09.2023 18:42

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada hipertoniyadan əziyyət çəkən hər 5 kişidən 4-ü adekvat müalicə olunmur.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, təşkilat hipertoniya və onun təsirləri ilə bağlı ilk hesabatını dərc edib.


Müvafiq olaraq, hipertoniya dünya üzrə hər 3 yaşlıdan 1-də müşahidə olunur.


Bu ümumi və ölümcül xəstəlik insult, infarkt, ürək çatışmazlığı, böyrək xəstəliyi və digər sağlamlıq problemlərinə səbəb olur.


Hipertoniya ilə yaşayan kişilərin sayı 1990-2019-cu illər arasında iki dəfə artaraq 650 milyondan 1,3 milyarda çatıb.


Yüksək qan təzyiqi olan insanların demək olar ki, yarısı xəstəliyindən xəbərsizdir. Hipertoniyadan əziyyət çəkən yetkinlərin dörddə üçündən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır.


Bu xəstəlikdən əziyyət çəkən hər 5 kişidən 4-ü adekvat müalicə almır.


Təxminlərə görə, ölkələr hipertoniya ilə mübarizənin əhatə dairəsini genişləndirsələr, 2023-2050-ci illər arasında 76 milyon ölümün qarşısı alına bilər.


İrəli yaş və genetika qan təzyiqini artıra bilər, lakin yüksək duzlu pəhriz, fiziki hərəkətsizlik və həddindən artıq spirt istehlakı hipertoniya riskini artıra bilər.


Sağlam qidalanma, siqaretdən imtina və daha aktiv olmaq kimi həyat tərzi dəyişiklikləri hipertoniyanı effektiv şəkildə idarə edə bilər.


Hipertoniyaya nəzarət proqramı kifayət qədər maliyyələşdirilməyib


ÜST rəhbəri qeyd edib ki, hipertoniya sadə və ucuz dərman müalicəsi ilə idarə oluna bilər, lakin bu xəstəliyi olan hər 5 kişidən yalnız 1-i onu idarə edə bilir:


"Hipertoniyaya nəzarət proqramı diqqətdən kənarda qalıb, prioritetləşdirilməyib və kobud şəkildə maliyyələşdirilməyib."


Bu hər bir ölkənin yaxşı işləyən, ədalətli və davamlı sağlamlıq sistemlərinin xüsusi diqqət etməli olduğu problemdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev