“Koronavirusa təkrar yoluxma halları get-gedə artmaqdadır”
20.10.2020 18:05

“Koronavirusa təkrar yoluxma halları get-gedə artmaqdadır”.

 

Aztibb.az xəbər verir ki, bunu REAL TV-yə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Fərrux Sədirov deyib.

 

İnfeksionst bildirib ki, koronavirus təkcə ağciyərlərin deyil, bütün orqanizmin xəstəliyidir. Virusun ən böyük fəsadı ağciyərlərdə özünü göstərir:

 

“Bu xəstəliyin əsas fəsadlarından biri bütün damarları tuta bilməsidir. Koronavirus keçirmiş insanlarda post-COVID fəsadlaşmalar yarana bilir. Dünyada bu virusa təkrar yoluxanlar var və bu hallar get-gedə artmaqdadır. Bu məntiqlə koronavirusa yoluxan bütün şəxslərin qanında immunoqlobulin olmur. Bu da xəstəliyin təkrar yoluxmasına imkan verir və 2-3 ay sonra təkrar yoluxma ola bilər”.

 

F. Sədirov koronavirusun aşkarlanması üçün aparılan testlərdən də danışıb və bildirib ki, PSR testin həssaslığı 98 faizdir. Amma testin alınma forması və xəstəliyin mərhələsinin də nəzərə alınması vacibdir:

 

“Yəni 100 nəfərdən 66-da müsbət, digər 33-də mənfi göstərə bilər. Testin təkrarlanmasına gəlincə isə, heç bir simptom olmayan xəstədə bu testin müsbət çıxma ehtimalı çox azdır. Simptomların görünməsindən 2 gün öncəyə qədər PSR test neqativdir. Vücudda virus olsa belə test mənfi ola bilər. Bunlara “test neqativ KT pozitiv” xəstələr deyirik”.

 

Həkim həmçinin bildirib ki, hazırda ikincili bakterial infeksiyaların faizləri artıb. Bu ağciyərin daha ciddi zədələməsi və xəstələrin evdə nəzarətsiz antibiotik istifadəsinin nəticəsində yaranır. Xəstəliyə yoluxma ilə ölüm arasında faiz isə dəyişməyib. Hazırda əvvəlki kimi yoluxanların 1,5-2 faizi həyatını itirir.

 

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19-un profilaktikasında istifadə olunan təsdiqlənmiş qoruyucu, profilaktik dərman preparatı yoxdur. Amma biz özümüzü qoruya bilərik. Bura həm mexaniki qorunma vasitələri - maska, əl gigiyenası, sosial məsafə, həm də fizioloji qorunma, yaxşı qidalanma, ən azı 8 saat yuxu daxildir. Bu vasitələrlə hər kəs orqanizmini möhkəmləndirə bilər”, - deyə həkim qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib