Gənclər arasında  COVID-19-a yoluxma ilə yanaşı, xəstəliyi ağır keçirmə faizi də artıb
20.10.2020 17:44

“Son yoluxan xəstələr arasında yaş qruplarına görə bölgü aparsaq, görərik ki, 20-40 yaş arası yoluxanların sayı artıb”.

 

Bunu REAL TV-yə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Fərrux Sədirov deyib.

 

Həkim qeyd edib ki, yaşlılardakı yoluxma halları öz tendensiyasını qoruyur. Həmçinin gənclər arasında  yoluxma ilə yanaşı, xəstəliyi ağır keçirmə faizi də artıb. Uşaqlarda isə yoluxma sayının artımı ilə bağlı dəyişiklik hiss olunmur. 

 

“İnsanlar artıq evdə müalicəni kütləviləşdirməyə başlayıblar. Lakin belə müalicə qəti şəkildə yolverilməzdir. Çünki ağızdan və ya damar yolu ilə vücuda daxil edilən hər hansı dərman kimyəvi preparatdır. Bunun klinik fəsadları ola, hətta ölümə gətirib çıxara bilər. Həkim müayinə və müalicəsi olmadan müalicəyə başlanılmamalıdır. Evdə müalicə fəsad verməsə belə xəstəliyin klinik gedişatını gizləmiş və dəyişmiş olur”, F. Sədirov vurğulayıb. 

 

Həkim bildirib ki, evdə həkim nəzarəti olmadan özbaşına dərman vasitələrdən istifadə edərək müalicə alan və ağırlaşan xəstələr var: “Həkim müayinəsi olmadan özünü müalicə etmək olmaz. Bunlar bizim üçün çox ciddi problem yaradır. Əgər xəstə özündə müəyyən əlamətlər hiss edirsə, bunu həkimə müraciət edərək “COVID”  və ya qrip olduğunu ayırd edə bilər”. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib