Koronavirus cəbhəyə ötürülərsə, ordumuz iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq - Ekspert
20.10.2020 14:24

Düşmənlə ön cəbhədə necə mübarizə aparıb vuruşuruqsa, arxa cəbhədə də koronavirus infeksiyası ilə o cür mübarizə aparıb vuruşmaq lazımdır.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə Yoluxucu Xəstəliklərlə Mübarizə İctimai Birliyinin sədri, həkim Fikrət Xəlilov deyib.

 

Onun sözlərinə görə, hələ bu ilin yayında, yəni koronavirusa yoluxmaların sayının kəskin azaldığı vaxtlarda sentyabrın ortalarından etibarən yoluxmaların sayında artımın gözləniləcəyi barədə proqnoz verilmişdi.

 

Mütəxəssis əlavə edib ki, tənəffüs yollarının kəskin yoluxucu xəstəlikləri (qrip, angina) hər il bu vaxtdan etibarən kəskin surətdə artmağa başlayır:

 

Birlik sədri bildirib ki, tənəffüs yollarının kəskin yoluxucu xəstəliklərin, eləcə də koronavirusa yoluxma hallarının artmasının bir neçə səbəbi var:

 

"Əsas səbəblərdən biri də havaların soyuması ilə əlaqədar insanların daha çox qapalı yerdə olması ilə əlaqədardır. Koronavirusa yoluxmanın artmasının səbəbi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə lazımınca əməl olunmamasıdır. Digər bir səbəb də müharibənin başlaması ilə əlaqədardır. Sanki koronavirus pandemiyasının törətdiyi fəsadlar insanların yadından çıxıb və bu problem arxa plana keçib. Lakin bu, hələ də təhlükəli olmaqda davam edən virusa qarşı düzgün yanaşma deyil. Yaddan çıxarmamalıyıq ki, düşmənlə ön cəbhədə necə mübarizə aparıb, vuruşuruqsa, arxa cəbhədə də koronavirus infeksiyası ilə o cür mübarizə apmaq lazımdır. Axı, bu infeksiya da erməni qəsbkarları kimi bizim qəsdimizə durub. Arxa cəbhədə yoluxmaların sayının artması ön cəbhəyə də sirayət edə bilər. Onda bizim müzəffər ordumuz ön cəbhədə bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq. Bu halda işğal altında olan torpaqlarımızın tezliklə geri qaytarılması işində əngəl yarana bilər və biz hamımız bunun istər-istəməz təqsirkarına çevrilə bilərik".

 

F.Xəlilov əlavə edib ki, koronavirusa yoluxmanın qarşısının alınması üçün daha bir tutarlı üsul var. Belə ki, vətəndaşlarımız bacardıqları qədər öz immun sistemlərini möhkəmləndirməlidirlər. Bunun üçün C vitamini ilə zəngin məhsullardan istifadə etmək lazımdır: "Bunu təbliğ etmək məqsədilə dietoloqların KİV-lərdə tez-tez çıxış etməsi vacibdir. Hamı bilməlidir ki, immun sistem nə qədər möhkəm olsa, yoluxma riski bir o qədər az olar".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib