Dünyanın müxtəlif ölkələrində koronavirusa yoluxma statistikası
20.10.2020 10:11

Braziliyada son sutka ərzində daha 15 383 nəfərin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxması, 271 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

Aztibb.az xəbər verir ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 250 727 nəfər yoluxub. Bu müddət ərzində 154 176 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 4 681 659 xəstə müalicə olunaraq sağalıb.

 

Argentinada ötən sutka ərzində COVID-19-a 12 982 nəfər yoluxub.

 

Bildirilir ki, Argentinada koronavirusa yoluxanların sayı 1 002 662 nəfərə çatıb.

 

Argentina ABŞ, Braziliya, Hindistan və Rusiyadan sonra koronavirusa yoluxanların sayının 1 milyonu keçdiyi beşinci ölkə olub.

 

Ən çox yoluxma paytaxt Buenos-Ayresdə qeydə alınıb - 4 min 206 nəfər. İkinci yerdə isə 2 min 50 nəfərlə Santa Fe şəhəri qərarlaşıb. Paytaxtda gün ərzində 557 sakin yoluxub.

Qeyd olunur ki, ötən sutka koronavirusdan 451 nəfər ölüb, ölənlərin ümumi sayı 26 716 nəfər təşkil edir. İndiyədək koronavirusdan 803 965 nəfər sağalıb.

 

Rumıniyada bu virusa yoluxanların sayı 182 min 854 nəfərə çatıb.

 

Son 24 saat ərzində 2466 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 5931 nəfərdir, 132 min 82 nəfər isə sağalıb.

 

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

 

İsraildə ötən sutka ərzində koronavirusa 1 767 nəfər yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 304 876 nəfərə çatıb.

 

İraqda koronavirusa qarşı həyata keçirilən tədbirlərə baxmayaraq virus yayılmaqda davam edir. Son sutka ərzində 3 min 110 nəfər virusa yoluxub, 56 nəfər həyatını itirib. Bununla da İraqda virusa yoluxanların ümumi sayı 420 min 186 nəfərə, ölənlərin sayı isə 10 min 110-a çatıb.

 

Müalicə alan 360 min 477 nəfər isə sağalaraq evə buraxılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib