UNICEF COVID-19-a hazırlıq məqsədilə yarım milyarddan çox şpris alacaq
19.10.2020 17:57

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq fondu (UNICEF) koronovirus əleyhinə vaksinlərin alınması və çatdırılması üzrə miqyaslı əməliyyata hazırlıq işlərinə başladığı barədə elan edib. Fond 2020-ci ilin sonunadək peyvənd üçün yarım milyarddan çox şprisin öz anbarlarında yerləşdirilməsini planlaşdırır. 

 

Aztibb.az xəbər verir ki, UNICEF, həmçinin istifadə edilmiş şprislərin təhlükəsiz utilizasiyası üçün əvvəlcədən 5 milyon xüsusi konteyner və digər tibbi avadanlıq alacaq.

 

Uşaq fondunda izah edirlər ki, vaksinlərin tədarükünə əvvəlcədən hazırlıq bu prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və sürətləndirilməsində yardım edəcək, eləcə də vaksinin bazarda peydə olunduğu an tələbatın kəskin artmasının qarşısını alacaq.

 

“Dünya əhalisinin COVID-19-dan peyvənd olunması bəşəri tarixdə ən miqyaslı kütləvi kampaniyalardan biri olacaq, vaksinlərin istehsala buraxılması zamanı biz çox cəld hərəkət etməliyik. Bu isə o deməkdir ki, biz indidən cəld hərəkət etməliyik”, – deyə, UNICEF rəhbəri Henriyetta For bildirib.

 

Koronavirus əleyhinə vaksinlər peyda olduğu zaman onların alınması və çatdırılması prosesinə məhz UNICEF-in başçılıq etdiyi hələ sentyabrın əvvəllərində elan edilmişdi. Fond, xüsusilə, COVAX alyansı – koronovirus əleyhinə vaksinlərin hazırlanması və istehsalı üzrə beynəlxalq əməkdaşlıq proqramında iştirakı barədə bildirən 80 ölkə tərəfindən peyvəndin tədarükünün koordinatoru qismində çıxış edəcək.

 

Bu kampaniyada UNICEF-in tərəfdaşları qismində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Peyvənd və immunizasiya üzrə Qlobal alyans çıxış edəcək.

 

UNICEF dünyada ən böyük vaksin alıcısıdır. Fond hər il həm planlı peyvəndlər, həm də xəstəliklərin yayılması və epidemiyalarla mübarizə üçün 100 ölkə adından iki milyard dozadan çox vaksin alır.

 

2021-ci ildə Uşaq fondu qızılca, qarın yatalağı və digər xəstəliklər əleyhinə peyvəndin vurulması üçün 620 milyard şprisə əlavə olaraq koronovirus əleyhinə immunizasiya üçün milyard şprislə təmin etməyi planlaşdırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib