“Acta Psychiatrica Scandinavica”: Depressiya riski siqaretlə əlaqəli ola bilər
03.09.2023 15:27

Orhus Universitetinin tədqiqatçıları siqaretin depressiya və bipolyar pozğunluq riskinin artması ilə əlaqəli olduğunu aşkar ediblər.


Aztibb.az gazeta.ru-ya istinadən yazır ki, tədqiqatın nəticələri “Acta psychiatrica Scandinavica” jurnalında dərc olunub.


Müəlliflər 350 min insanın sağlamlıq məlumatlarını təhlil ediblər. Alimlərin sözlərinə görə, insanlar adətən 20 yaşından əvvəl siqaret çəkməyə başlayırlar, lakin orta hesabla 30-60 yaş arasında psixi xəstəliklərlə xəstəxanaya müraciət edirlər. Bundan əlavə, ən çox siqaret çəkənlərin xəstəxanalara düşdüyü ortaya çıxıb.


O da məlum olub ki, valideynlər siqaret çəkirsə, uşağın siqaret çəkmə riski artır. Müəlliflər insanın siqaret çəkmə ehtimalını artıran genləri müəyyən edə biliblər. Tədqiqatçılar bu genlərin psixi xəstəlik riski ilə əlaqəli ola biləcəyini irəli sürüblər.


“Bu model üçün başqa bir izahat ondan ibarətdir ki, siqaret beyində iltihaba səbəb ola bilər ki, bu da uzun müddətdə müxtəlif psixi pozğunluqlara yol açır. Lakin biz hələ dəqiq səbəbləri müəyyən etməmişik”, - deyə alimlər yekunlaşdırıblar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub