Rusiya istehsalı dərmanların qiyməti arta bilər
02.09.2023 12:54

Rusiyada istehsal olunan vacib dərmanlar (VED) siyahısından əksər dərmanların qiymətlərində artım gözlənilir.


Aztibb.az “RİA Novosti”yə istinadən yazır ki, Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, bu sahədə qiymətlər tənzimlənir.


Bununla belə, eyni zamanda, biotexnologiya və əczaçılıq sahəsində beynəlxalq ekspert Sergey Vostruxov bildirib ki, hazırda bu siyahıya daxil olmayan dərman vasitələrinin bahalaşması riski yüksəkdir.


“Onların qiymətləri əsasən istehsal dəyərindən, buna görə də Rusiya zavodlarının hələ də xaricdən almağa davam etdiyi əsas və köməkçi xammalın qiymətlərindən asılıdır. Çin və Hindistandan olan əczaçılıq maddələri istehsalçıları onların Rusiya bazarı üçün əhəmiyyətini yaxşı dərk edirlər və bundan maksimum marja qazanmaq fürsətini əldən vermək fikrində deyillər”, - deyə ekspert bildirib.


Qeyd edib ki, həyati vacib və zəruri dərmanların siyahısına mühüm kardioloji dərmanlar, habelə venadaxili qidalanma üçün Rusiya istehsalı olan bəzi maddələr və digər dərmanlar daxil deyil.


Ekspert vurğulayıb ki, Rusiya istehsalı olan dərman preparatlarının Çin-Hindistan xammal asililiğından tədricən çıxarılması ən mühüm strateji vəzifədir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev