Mikroplastiklərin bədən üçün nə qədər təhlükəli olduğu ortaya çıxdı
02.09.2023 07:17

Amerika alimləri müəyyən ediblər ki, orqanizmdə toplanan külli miqdarda mikroplastiklər insan davranışını dəyişir. Kiçik plastik hissəciklər beyin üçün xüsusilə zərərlidir. Onlar hətta virus və bakteriyaların da öhdəsindən gələ bilməyəcəyi maneələri və müdafiə mexanizmlərini keçirlər.


Aztibb.az "Podmoskovye seqodnya" onlayn nəşrinə istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, plastikdən hazırlanmış hər hansı məişət əşyaları ilə təmas zamanı orqanizmə daxil olur.


“Plastik butulkalardan su içməklə başlayıb, plastik torbalarda qida ilə bitir. Alimlər uşaqlarda plastik hissəciklər aşkar ediblər. Onlar oyuncaqlarla oynayırlar və çox vaxt polipropilendən hazırlanan yeməklər yeyirlər.


Mikroplastiklərin insan orqanizminin bütün orqan və sistemləri üçün təhlükəli olduğu qeyd edilir. Hətta qan dövranına daxil olur və zaman keçdikcə iltihab və xroniki xəstəliklərə səbəb olur.


Mədə-bağırsaq traktında plastik səbəbiylə mikrobiotanın fəaliyyəti və həzm prosesləri pozulur. Eyni zmanda tədqiqatlar tənəffüs sistemində də yenitörəmələrin inkişaf riskini sübut edib.


Özünüzü plastik hissəciklərdən qorumaq üçün təbii materiallardan hazırlanmış qablara və əşyalara keçmək məsləhətdir.


"Şüşə, taxta və ya keramika qablardan istifadə edin. Plastik butulkalardan su içməyin və birdəfəlik qabları atın. Həm də sintetik parçadan olmayan, pambıq və yundan hazırlanmış əşyalar geyin”, - deyə mənbədən bildirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev