Anadangəlmə onurğa beyni yırtıqları - ÜST nəyi tövsiyə edir?
31.08.2023 07:52

Spina bifida ayrılmış və ya açıq onurğa deməkdir. Ən çox görülən anadangəlmə xəstəliklərdən biridir. Spina bifidalı xəstələrin 80-85%də hidrosefaliya (beyində su) da müşahidə edilir.


Aztibb.az Bakı Neyrocərrahiyyə Mərkəzinin instaqram səhifəsində anadangəlmə onurğa beyni yırtıqları barədə yazıya diqqət çəkib.


Qeyd olunur ki, onurğa beyni sinirlərdən meydana gələn qapalı bir borudur. Dölün ana bətnində inkişafı zamanı sinir borusu açıq vəziyyətdə olur və zamanla qapanaraq boru halına gəlir. Lakin spina bifida zamanı bel sütunundakı sümük qövsləri tam olaraq qapanmır. Onurğa açıq vəziyyətdə bədən səthində formalaşır.


Qapanma prosesinə hamiləlik dövründə anada və uşaqda fol asit turşusunun defisiti şəkərli diabetə səbəb olur. Dəlik nə qədər yuxarıda yerləşərsə, daha çox sinir zədələnmiş olur.


Yazıda spina bifidanın açıq və qapalı formalarından bəhs olunur.


Bildirilib ki, açıq spina bifida zamanı yenidoğulanın bel-oma nahiyəsində bir neçə onurğa açıq qalır, nəticədə onurğa beynini qoruyan zarlar arxaya dartılaraq kisə formalaşır.


Qapalı formada isə tamamən qapalı olur. Yəni dəri tam olur, amma içəridəki problem, yəni sümük və onurğa beyin problemləri olmuş olur.


Spina bifidalı uşaqların doğumasının qarşısını almaq üşün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən hamilək planlayan qadınlar 3 ay öncədən fol turşusu almağa başlamalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub