Yastı pəncəliyin əsas simptomları və yaranma səbəbləri
31.08.2023 12:09

Əgər siz də yastı pəncəlikdən şikayət edirsizsə, ayaq üstə durduğunuz zaman pəncənizin yerlə tam təmas halında olduğu görüntüsü ilə tanışsınız. Normal yetkin insan ayağında 26 sümüyü birləşdirən 33 oynaq, 100-dən çox əzələ, vətər (tendon) və bağlar var. Ayaq vətərləri gərgin lent şəklində pəncə və daban sümüklərinə yapışaraq pəncə tağı dediyimiz hündürlüyü əmələ gətirir.


Aztibb.az xəbər verir ki, Əməkdar həkim Elviz Qasımovun sözlərinə görə, tendonlar kifayət qədər gərgin olmadıqda ayaq altındakı qövs azalır və yastı pəncəlik yaranır. Belə vəziyyət həm böyüklərdə, həm də uşaqlarda görülə bilər.


Həkim qeyd edib ki, yastı pəncəliyin əsas simptomları ağrı və kosmetik görünüşdə müşahidə edilən deformasiyadır. Ağrı qaçış, idman və digər fiziki fəaliyyət zamanı artır. Pəncə və ayaq altında hiss edilən ağrı şiddətli olarsa, yeriməkdə belə çətinlik yarada bilər.


Yastı pəncəlik hansı səbəblərdən yaranır?


- Genetik-irsi faktorlar,
- Bağların yumşaq olması,
- Zəif və ya yırtılmış vətərlər,
- Sümüklərin sınıq vəya çıxıq olması,
- Tarsal koalisiya- sümüklərin anadangəlmə bitişik olması,
- Revmatoid artrit xəstəliyi,
- Beyin iflici, əzələ distrofiiyası kimi bəzi sinir-əzələ sistemi xəstəlikləri,
- Çəki artımı və piylənmə,
- Hamiləlik,
- Qocalma və s.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub