Koronavirusa yoluxma statistikası - Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan
19.10.2020 12:05

Rusiyada son sutka ərzində daha 15 982 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Bununla Rusiyada COVID-19-a yoluxanların sayı 1 415 316 nəfərə çatıb.

 

Son sutka ərzində Rusiyada 179 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 24 366 nəfərə çatıb.

 

Aztibb.az xəbər verir ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

 

Ukraynada koronavirusa yoluxanların sayı 300 min nəfəri keçib. Ötən gün ölkədə 4766 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada 303 min 638 nəfər bu virusa yoluxub. Bu infeksiyadan ölənlərin ümumi sayı 5673 nəfərdir, ölənlərin 75 faizi 60 yaşdan yuxarı insanlardır.

 

Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.

 

Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

 

Gürcüstanda son sutka ərzində COVID-19-a 1 186 yoluxma halı qeydə alınıb. Qonşu ölkədə koronavirusa yoluxanların sayı 18 663 nəfərə çatıb.

 

Ermənistanda son sutka ərzində bu virusa 766 yoluxma halı baş verib, 10 nəfər ölüb. Koronavirusa yoluxanların ümumi sayı 65 460 nəfərə çatıb, ölənlərin sayı isə 1 091 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib