Alimlər nizamsız yuxu rejiminin ölüm riskinin artması ilə əlaqəsini müəyyən ediblər
30.08.2023 08:20

Bu məqsədlə aparılan tədqiqata Birləşmiş Krallıq Biobankından (Böyük Britaniya) yaşı 40-69 arasında olan 8975 yetkin insan cəlb edilib.


Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, araşdırma zamanı onların yuxu nizamı və ürək-damar xəstəlikləri (CVD) və xərçəngdən ölüm riskinin perspektiv təhlili aparılıb.


Yuxunun pozulması 24 saatlıq qaranlıq və işığın dövrü ilə sinxronlaşdırılan endogen dövrləri pozur. Bu, xərçəng və ürək-damar xəstəlikləri kimi xroniki yaşa bağlı xəstəliklərə səbəb ola bilər.


Nizamsız yuxu və oyaqlığın sağlamlığa mənfi təsirləri ilə bağlı yeni elmi sübutlar ortaya çıxmaqdadır. Gecə vaxtı süni və mavi işığa məruz qalma, növbəli iş və 24/7 gərgin həyat tərzi gecə ilə gündüz arasındakı fərqi bulandırır, sirkadiyalı ritm pozuntularını daha da artırır.


Bu araşdırmada tədqiqatçılar hər bir iştirakçının əsas demoqrafik göstəricilərini, tibbi tarixini və qan təzyiqi (BP) və qan nümunələri kimi həyati əlamətlərini toplayıblar.


Onlar 2013-cü ilin fevralından 2015-ci ilin dekabrına qədər yeddi gün və gecə ərzində təsadüfi seçilmiş 106053 iştirakçıdan akselerometriya məlumatlarını toplamaq üçün bilək cihazından istifadə ediblər. Həmçinin iştirakçıların müəyyən bir zamanda yuxu vəziyyətləri (oyanıq və ya yuxuda) qiymətləndirilib.


Bütün amilləri nəzərə aldıqdan sonra müəlliflər 88975 tədqiqat iştirakçısı arasında yuxu nizamlılığı ilə ölüm riski arasında qeyri-xətti əlaqəni müəyyən ediblər.


Ən qeyri-müntəzəm yuxu rejimi olan insanlarda ölüm nisbətləri ən yüksək olub və yuxu nizamlılığı orta səviyyəyə çatdıqca demək olar ki, bu nəsbət azalıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub