Fuad Nəcəfli ÜST-nin Azərbaycandakı nümayəndə heyəti ilə görüşüb
29.08.2023 09:20

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndə heyəti ilə görüşüb.

 

Aztibb.az "Report"a istinadla xəbər verir ki, görüşdə Fuad Nəcəfli son aylarda muxtar respublikada həyata keçirilən səhiyyə islahatları barədə qonaqlara məlumat verib. Bildirib ki, Naxçıvan səhiyyəsində daha mütərəqqi və inkişaf etmiş struktur dəyişiklikləri aparılır. Ötən müddətdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə şəffaflıq təmin edilib, səhiyyə personalının hüquqları bərpa olunub və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti artırılıb.

 

Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətlərindən birinin səhiyyə sahəsinin inkişafı olduğunu bildirən Fuad Nəcəfli Naxçıvanda özəl tibb müəssisələrinin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə investorların bu sahədə reallaşdırılacaq mühüm layihələrdə iştiraka cəlb olmasının əhəmiyyətini vurğulayıb, bu baxımdan Ümumdünya Səhiyyə Təşkilatı ilə geniş əməkdaşlığın qurulmasının vacibliyinə toxunub.

 

ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı muxtar respublikada aparılan əsaslı səhiyyə islahatlarından məmnunluğunu ifadə edib.

 

Qonaq Naxçıvan Muxtar Respublikası ilə işbirliyinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycanda səhiyyənin inkişafına hədəflənmiş yeni dövlət proqramı hazırlanır.

 

Görüşdə sözügedən dövlət proqramına xüsusilə Naxçıvanda ölkə üçün mühüm səhiyyə yeniliklərini ehtiva edəcək pilot layihələrin əlavə edilməsi məsələləri müzakirə edilib, birgə fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib