İsveçrədə koronavirus pandemiyası ilə mübarizə qaydaları sərtləşdirilib
19.10.2020 08:49

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində İsveçrə hökuməti təhlükəsizlik qaydalarını daha da sərtləşdirib.

 

Oktyabrın 19-dan etibarən İsveçrədə ictimai məkanlarda 15-dən artıq şəxsin toplaşması qadağandır. Eyni zamanda, ölkə sakinləri şəxsi təmasları minimuma endirməyə çağırılıblar.

 

Vəziyyəti olduqca ciddi qiymətləndirən İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa mətbuat konfransında bildirib ki, ölkədə tibbi maskalardan istifadə öhdəlikləri də sərtləşdiriləcəkdir. İndiyədək ictimai nəqliyyat vasitələrinə şamil olunan bu öhdəlik bütün növ ticarət obyektləri, kafe və restoranlar, eləcə də muzeylərə də aid ediləcəkdir. Həmçinin vağzallar, hava limanları və dayanacaqlarda da insanlar tibbi maskalardan istifadə etməyə məcbur olacaqlar.

 

Qeyd edək ki, İsveçrədə koronavirusa gündəlik yoluxma sayı 2606 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib