Ukraynada yeni ekspres koronavirus testləri istifadəyə veriləcək
18.10.2020 22:07

Gələn həftə Ukraynada yeni ekspress COVID-19 testləri istifadəyə verilə bilər.

 

Bu barədə Səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi Viktor Lyaşko bildirib.

 

"Polimeraz zəncir reaksiyası metodu ilə yoxlamadan başqa, indi yeni ekspress testlər çıxıb. Onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb və kütləvi yoxlama vaxtı tətbiq üçün tövsiyə edilib. Ailə həkimi, mobil briqada tərəfindən yoxlanıla bilən bu testlər yaxın vaxtlarda istifadəyə veriləcək", - deyə V. Lyaşko qeyd edib.

 

Nazir müavini əlavə edib ki, pasiyentin xəstəxanaya yerləşdirilməsi vaxtı həkim dərhal ekspress test edəcək və onun nəticəsi 15-30 dəqiqə sonra hazır olacaq.

 

V.Lyaşkonun sözlərinə görə, bu testlərin etibarlılığı polimeraz zəncir reaksiyası testi kimidir.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib