Dünyada koronavirusa yoluxanların sayı 40 milyonu ötüb
18.10.2020 21:34

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 40 milyon nəfəri ötüb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, oktyabrın 17-də dünya üzrə 372 min 552 nəfər, oktyabrın 16-da isə rekord sayda – 413 min 175 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin ötən sutka ərzində 5 min 567 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib.

 

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 40 milyon 55 min 705 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 115 min 898 nəfərə çatıb. Eyni zamanda, 29 milyon 951 min 723 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 8 milyon 988 min 84 xəstədən 71 min 987 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 8 milyon 345 mini ötüb. Hindistanda 7 milyon 504 min, Braziliyada 5 milyon 224 min, Rusiyada 1 milyon 399 min, İspaniyada isə 982 min yoluxma qeydə alınıb.

 

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 224 min 295 nəfər. İlk beşliyə daxil olan Braziliyada 153 min 690, Hindistanda 114 min 154, Meksikada 86 min 59, Böyük Britaniyada isə 43 min 579 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib