Dermatoloq: Pəhriz əlavələri dərini günəşdən qoruya bilməz
22.08.2023 15:07

Dermatoloq Vera Voronina bildirib ki, bioloji aktiv əlavələr (BAA) dərini günəş radiasiyasının təsirindən qoruya bilməz.


Aztibb.az svetlo.media-ya istinadən xəbər verir ki, V.Voroninanın bildirdiyinə görə, bu gün getdikcə daha tez-tez qida əlavələri ilə dərini fotoyaşlanmadan qorumaq üçün məsləhətlərə rast gəlmək olur. Təəssüf ki, bu üsul işləmir.


O, yalnız fotodermatozlu xəstələrdə beta-karotenin istifadəsi ilə bağlı məhdud məlumatların olduğunu vurğulayıb.


Dermatoloq qeyd edib ki, fiziki və kimyəvi vasitələr insanı günəşdən qorumağa kömək edir. Fiziki olanlar dərini qıcıqlandırmır və daha təhlükəsiz vasitədir. Həkimin fikrincə, kimyəvi maddələr daha yüksək qoruma yaradır.


Həkim günəşdən qorunma məhsullarına ən çox allergik reaksiyaların kimyəvi maddələrlə əlaqəli olduğunu söyləyib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub