Son zamanlar Azərbaycanda qeydə alınan artım diqqəti cəlb edir
18.10.2020 00:59

Azərbaycan koronavirusla mübarizədə ilk tədbir görən ölkələrin arasındadır. Mart ayının əvvəllərində dövlət tərəfindən atılan vacib addımlardan biri də məktəblərin bağlanılması idi. Tətbiq olunan ictimai səhiyyə tədbirlərinin nəticəsi olaraq yoluxma sayları getdikcə azalmışdı. Lakin sonradan yay aylarında sürətli artım yaşadıq. Yay mövsümünün sonlarına doğru vəziyyət yenidən nəzarət altına alındı. Payız girdikdən sonra, xüsusən də son iki həftədir yoluxma sayları yavaş-yavaş artır. Son bir neçə gün isə daha nəzərəçarpan artımlar qeydə alınır.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

"Yoluxma saylarının artımının müxtəlif səbəbləri ola bilər. Belə ki, qış ayları yaxınlaşdıqca COVID, eləcə də digər respirator virus infeksiyaları və mikroblar daha çox yayılır. Buna səbəb insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir. Bununla yanaşı, hazırda insanlarda pandemik yorğunluq müşahidə olunur. Çünki fevral ayından bəri insanlara müəyyən qaydalara əməl etmələri, diqqətli olmaları tövsiyə edilir. İnsanlarda həssaslıq azalıb. Bu hal sadəcə Azərbaycanda deyil, bütün dünyada yaşanır. Onu da qeyd edim ki, ÜST pandemik yorğunluqla necə mübarizə aparılmasına dair yeni tövsiyələr yayımlayıb.

 

Son zamanlar Azərbaycanda qeydə alınan artım diqqəti cəlb edir. Yoluxma saylarının daha da artacağı gözlənilir. Rəqəmlərin artması qaçılmaz olacaq. Çünki insanların bir yerə toplanmasına vəsilə olan günlər yaşayırıq. Bir yerə toplandığımız zaman isə əksər vaxt koronavirusu düşünmürük. İnsanlara belə çətin günlərdə bu mesajları ünvanlamaq asan deyil. Lakin özümüz, sevdiklərimiz naminə xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün diqqətli olmalıyıq", - deyə H.Harmancı qeyd edib.

 

Onun sözlərinə görə, hazırda Avropada yoluxma sayları sürətlə artır: "Bilirik ki, yoluxma sayları artmağa davam edəcək. Buna bəzən ikinci, üçüncü dalğa deyilir. Lakin bu, elə də əhəmiyyətli deyil. Təxminlərə görə, qışda yoluxma sayları yay aylarında qeydə alınan piki ötəcək".

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib