Dərinin rəngi ilə əlaqəli 135 yeni gen müəyyən edilib
15.08.2023 11:06

Oklahoma Universiteti və Stenford Universitetindən olan tədqiqatçılar tərəfindən aparılan araşdırmada insanlara dəri rəngini verən piqmentasiya ilə əlaqəli 135 yeni gen müəyyən edilib.


Aztibb.az xəbər verir ki, “News Medical Life Sciences”da yer alan məlumata görə, tədqiqatçılar dəri piqmenti olaraq da adlandırılan "melanin" istehsalına təsir edən 169 funksional fərqli gen tapıblar.


Onlardan 135-i əvvəllər piqmentasiya ilə əlaqəli olmayıb. Araşdırmaya görə, yeni kəşf edilən KLF6 və COMMD3 adlı iki gendən biri olan DNT bağlayıcı zülal KLF6, insanlarda və heyvanlarda melanin istehsalında itkiyə səbəb olur, digər növlərdə isə melanin istehsalında rol oynayır. COMMD3 melanosomların turşuluğunu idarə edərək melanin sintezini tənzimləyir.


Bildirilib ki, melanini nəyin tənzimlədiyini başa düşməklə, daha açıq dərili insanları melanoma və ya dəri xərçəngindən qorumaq mümkündür. Bu yeni melanin genlərini hədəf alaraq, vitiliqo və digər piqmentasiya xəstəlikləri üçün melanini dəyişdirən dərmanların da hazırlanmasına imkan verə bilər.


Belə melanin istehsal edən genləri kəşf etməklə tədqiqatçılar mikroblara və xəstəliklərə qarşı effektiv müdaxilələr hazırlaya bilərlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub