Şişkinlik ürək çatışmazlığı və qaraciyər zədələnməsinin əlaməti ola bilər
13.08.2023 11:24

Şişkinliyin səbəbləri patoloji ola bilər və bu lazımi diqqətlə müalicə edilməlidir.

 

Aztibb.az gazeta.ru-ya istinadən yazır ki, Cərrah Aleksey Bezrukovy müsahibəsində şişkinliyin heç də həmişə həddindən artıq su istehlakı nəticəsində yaranan zərərsiz bir təzahür olmadığını vurğulayıb.


Bu hal fiziki və emosional diskomfort yaratmaqla yanaşı, orqanizmdə pozulmalardan xəbər verir və xüsusi diqqət tələb edir.


Həkim əlavə edib ki, şişlik adətən ayaqlarda, qollarda, üzdə nəzərə çarpır, amma əslində şişkinlik bədənin istənilən yerində inkişaf edə bilər.


Gündəlik şəraitdə bu halın səbəbi ən çox bir vəziyyətdə uzun müddət qalma, məsələn, uzun müddət ayaqda qalma, fiziki fəaliyyətin olmaması, həmçinin duz və şəkərin həddindən artıq istehlakı olur. Bununla belə, şişkinlik daha ciddi bir problemi də göstərə bilər: "Şişkinlik həmçinin artan yorğunluq, nəfəs darlığı, artan təzyiq və ya ayaqlarda ağrı əlamətləri ola bilər", - deyə həkim qeyd edib.


Həyat üçün təhlükə yarada biləcək patologiyaları müzakirə edən cərrah, şişkinliyin ürək çatışmazlığı, qaraciyərin zədələnməsi, böyrək çatışmazlığı, tromboz, kəskin protein çatışmazlığı və ayaq damarlarının zədələnməsi ilə əlaqəli ola biləcəyini xəbərdar edib. Həkim ayaqların şişməsinin ciddi ürək problemlərindən xəbər verə biləcəyini də vurğulayıb.


Belə hallarda özünü müalicə etmək təhlükəli ola bilər, dəqiq səbəbi müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev