Malyariya ilə mübarizə apara bilən bakteriyalar təsadüfən kəşf edildi - YENİ TƏDQİQAT
11.08.2023 13:40

Təcrübə zamanı ağcaqanad koloniyasının malyariya parazitini inkişaf etdirmədiyini müəyyən edərkən, bu kəşf təsadüfən baş verdi.


Aztibb.az “MedikForum”a istinadən xəbər verir ki, tədqiqatçılar bu bakteriyanın dünyanın ən qədim xəstəliklərindən biri olan və hər il təxminən 600 000 insanın ölümünə səbəb olan malyariya ilə mübarizədə yeni vasitələrdən biri ola biləcəyini deyirlər.


Alimlər hazırda bu bakteriyadan real şəraitində istifadə etməyin təhlükəsiz olub-olmadığını araşdırırlar.


İspaniyanın GSK əczaçılıq şirkətində çalışan elm adamları dərman hazırlama tədqiqatları zamanı ağcaqanad koloniyasının malyariya xəstəliyini ötürməsini dayandırdığını müəyyən ediblər.


Araşdırmalar nəticəsində məlum olub ki, ətraf mühitdə təbii olaraq tapılan TC1 adlı xüsusi bakteriya növü ağcaqanadların bağırsaqlarında malyariya parazitinin inkişafının qarşısını alır.


Bu bakteriya ağcaqanadın bağırsağında yerləşdikdən sonra ömrünün sonuna qədər qalır və ağcaqanadlarda ötürülməni azaldan məhz bu bakteriya olur.


Uğurlu olarsa və bu bakteriya əsaslı ixtira məhsuluna çevrilə bilsə, dünyanın ən qədim xəstəliklərindən birinə qarşı mübarizəmizdə yeni bir silah ola bilər.


Hər il təxminən 600 000 insan malyariyadan ölür və onların əksəriyyəti 5 yaşa qədər uşaqlardır.


Malyariyaya qarşı peyvənd hazırlanıb, lakin Afrikada peyvənd nisbətləri hələ də aşağıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev