Koronavirusla mübarizədə iştirak edənlərə 1,5 milyon manata yaxın müddətli əlavə ödənilib
07.08.2023 18:03

Azərbaycan Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2023-cü ilin yanvar-iyun ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 1.3 milyon manatdan artıq, qeyri-tibb işçilərinə isə 161 min manata yaxın müddətli əlavə ödənilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Dövlət Agentliyindən məlumat verilib.

 

Tibb və qeyri-tibb işçilərinə cari ilin yanvar-iyun ayları üzrə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:

Aylar

Dövlət tibb müəssisələri üzrə

Cəmi

Tibb işçiləri

Qeyri-tibb işçiləri

Yanvar

234 565,26 AZN (646 nəfər)

30 381,09 AZN

(195 nəfər)

264 946,35 AZN

(841 nəfər)

Fevral

268 347,05 AZN (710 nəfər)

32 027,35 AZN

(249 nəfər)

300 374,40 AZN (959 nəfər)

Mart

211 972,27 AZN (418 nəfər)

25 581,05 AZN

(113 nəfər)

237 553,32 AZN

(531 nəfər)

Aprel

268 203,58 AZN (1 142 nəfər)

35 716,32 AZN

(383 nəfər)

303 919,90 AZN

(1 525 nəfər)

May

174 255,17 AZN (226 nəfər)

18 904,46 AZN

(52 nəfər)

193 159,63 AZN

(278 nəfər)

İyun

173 289,12 AZN (190 nəfər)

18 114,36 AZN

(42 nəfər)

191 403,48 AZN

(232 nəfər)

CƏMİ:

1 330 632,45 AZN

(3 332 nəfər)

160 724,63 AZN

(1034 nəfər)

1 491 357,08 AZN

(4 366 nəfər)

 

Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən may və iyun ayları üzrə müddətli əlavənin ödənilməsi davam edir.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2023-cü il tarixli 255 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2023-cü il oktyabrın 2-dək uzadılıb.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib