Ana südü ilə qidalandırma haqqında mif: Süni uşaq qidasından istifadə etməyin, xəstəsinizsə körpənizə süd verməyin!
07.08.2023 10:09

Analar ana südü ilə qidalandırmanı davam etdirərkən, bəzi hallarda süni uşaq qidasından istifadə etməyə ehtiyac duya bilərlər.

 

Aztibb.az Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsində UNİCEF-in saytına istinadən xəbər verir ki, süni uşaq qidası və ana südünü əvəz edən digər məhsullarla bağlı qərəzsiz məlumatlar axtarmaq vacibdir. Ana südü ilə qidalandırmanı davam etdirə bilmək üçün, körpənizə mümkün qədər tez-tez ana südü verməyə davam etməlisiniz.

 

Xəstə olduqda ana südü ilə qidalandırmaq olmaz kimi fikirlər də var. Xəstələnmənin növündən asılı olaraq, analar xəstə olarkən də süd verməyə davam edə bilər. Anaların düzgün müalicə qəbul etməsini, istirahət etməsini, qida və su qəbul etməsini təmin etmək lazımdır. Bir çox hallarda bədəninizin xəstəliyi və ya xəstələnməni müalicə etmək üçün istehsal etdiyi anticisimlər körpənizə keçərək onun müdafiə vasitələrini formalaşdırır.

 

Ana südü ilə qidalandırırsınızsa, heç bir dərman qəbul edə bilməzsiniz fikri də mifdir. Ana südü ilə qidalandırdığınızı həkiminizə bildirmək və aptekdən aldığınız hər hansı dərmanların təlimatlarını oxumaq çox vacibdir. Konkret bir zamanda və ya konkret bir dozada dərman qəbul etmək və ya alternativ bir resept qəbul etmək lazım ola bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev