Payızda tam karantinə məruz qalmamaq üçün təhlükəsizlik tədbirlərinə ciddi riayət olunmalıdır - ÜST
16.10.2020 16:51

Avropada COVID-19 infeksiyasına yoluxma halları sürətlə artır, lakin bugünkü vəziyyət yazda olduğundan çox fərqlidir. 

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Kluge epidemioloji vəziyyəti təhlil edərək, bölgənin bir çox ölkəsində məhdudiyyətlərin tətbiq edilməsini bəyənib, vəziyyətin pisləşməməsi və daha sərt addımların atılmaması məqsədilə onlara ciddi riayət edilməsinə çağırıb.

 

ÜST-ün Avropa bölgəsində COVID-19-un yeni hadisələri təkcə 10 gündə 6 milyondan 7 milyona qədər artıb. Hər həftə bölgədə 700 000 insan koronavirusa yoluxur ki, bu da pandemiya başlayandan bəri ən yüksək göstəricidir. Oktyabrın 9-u və 10 -u günlərinin hər birində COVID-19 diaqnozu rekord sayda - 120 000-dən çox insana qoyulub.

 

“Bu gün, gündəlik infeksiya hadisələrinin aprel ayında pandemiyanın pik dövrünə nisbətən 2-3 dəfə çox olmasına baxmayaraq, ölüm halları beş dəfə azalıb”, – deyə H.Kluge qeyd edib.

 

Onun sözlərinə görə, xəstəliyin artması qismən test səviyyəsinin, xüsusilə də gənclərin testlərinin əhəmiyyətli dərəcədə artması ilə izah edilə bilər. Eyni zamanda gənclərin mobilliyinə və ehtiyat tədbirlərinə riayət edilməməsinə görə onlar arasında virusun xüsusilə sürətlə yayılmasına baxmayaraq, gənclərdə, bir qayda olaraq, ağır simptomlar olmur və infeksiya ölümə gətirib çıxarmır. Lakin indi insanlar, o cümlədən müxtəlif nəsillərin nümayəndələri qapalı yerlərdə bir-biri ilə getdikcə daha çox vaxt keçirəcək və yenə də yaşlı insanlar yoluxmağa başlayacaq, bu isə vəziyyətin kəskin şəkildə pisləşməsi ilə nəticələnə bilər.

 

H.Kluge epidemioloji modellərə əsaslanan proqnozların nikbinlik üçün əsas vermədiyini söyləyib. 2021-ci ilin yanvarında məhdudiyyətlər uzun müddətə yumşaldılarsa gündəlik ölüm sayı aprel ayı ilə müqayisədə 4-5 dəfə çox olacaq.

 

Lakin eyni modellər göstərir ki, maskanın taxılması, həm ictimai, həm də özəl məkanlarda insanların sıxlığına ciddi nəzarət kimi sadə tədbirlər bölgənin 53 ölkəsində yanvar ayının sonunadək 281 000 insanın həyatını xilas edə bilər. Yalnız nəzərə almaq lazımdır ki, maskalardan əhalinin 95 faizi istifadə etməlidir. “Bu proqnozlar yalnız bütün bu müddət ərzində haqqında danışdığımızı təsdiqləyir: pandemiya özü-özlüyündə geri çəkilməyəcək, amma biz buna nail ola bilərik”, – deyə ÜST Avropa bürosunun rəhbəri tamamlayıb.

 

O, bir çox Avropa ölkəsində getdikcə daha sərt məhdudiyyətlərin tətbiq edilməsini "tamamilə zəruri" adlandırıb, çünki onlar elmi məlumatlara əsaslanır: virus evlərdə və digər qapalı yerlərdə və ehtiyat qaydalarına riayət edilmədiyi yerlərdə yayılır.

 

H.Kluge yerli vəziyyətə uyğun tədbirləri tətbiq edərək, möhkəm olmağa - onlara ciddi riayət edilməsini tələb etməyə və böyük izdihamı məhdudlaşdırmağa çağırıb. “Bu tədbirlər, insanları digər xəstəliklər və ya iqtisadi çökmə riski altına qoymadan COVID-19-dan qurtarmaq məqsədilə hazırlanıb”, – deyə doktor Kluge vurğulayıb. İnsanlar onlara əməl etməzlərsə, yaz fəslində olduğu kimi getdikcə daha sərt tədbirlər görmək zərurəti yaranacaq.

 

“Mən dəfələrlə demişəm ki, “bugünkü” pandemiya təkcə virusun ötürülmə dinamikasına görə deyil, həm də bu gün onunla mübarizə aparmaq üçün nə qədər silahlı olduğumuza görə də “dünənkindən” fərqlənir, – deyə H.Kluge qeyd edib. O, bildirib ki, buna uyğun olaraq, son altı ay ərzində "karantin" anlayışı da dəyişib.

 

H.Kluge xatırladıb ki, mart ayında virusun hamımızı təəccübləndirdiyindən, demək olar ki, hər şey dayandı: insanlar hərəkət edə və bir-birləri ilə əlaqə qura bilmirdilər, müəssisələr, məktəblər və sərhədlər bağlanmışdı. Bu gün isə söhbət hər bir konkret vəziyyətə uyğun hədəflənmiş müvəqqəti tədbirlərin mərhələli tətbiqindən gedir.

 

ÜST Regional Direktorunun vurğuladığı kimi, bu gün bütün cəmiyyətin və hər bir fərdin bu mübarizədə iştirakı tələb olunur. Yalnız o zaman bu tədbirlərin cəmiyyət və iqtisadiyyat üçün yan təsirlərindən qaça bilərik.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib