Tibb tarixində bu gün: Neyrocərrah Anton Frayher fon Ayzelsberq anadan olub
31.07.2023 14:11

31 iyul 1860-cı ildə Avstriyalı neyrocərrah, neyrocərrahiyyənin yaradıcılarından biri Anton Frayher fon Ayzelsberq (1860 - 1939) anadan olub. Məhz onun təşəbbüsü Vyanada dünyanın ilk təcili cərrahiyyə stansiyasının yaradılmasına səbəb oldu və bu, qəzalardan sonra tibbi müdaxilənin effektivliyini kəskin şəkildə artırdı.


O, Vyana, Vürzburq, Sürix və Parisdə tibb təhsili alıb. 1884-cü ildə o, dahi cərrah Teodor Bilrotun şagirdi və köməkçisi olur və Vyanadan doktorluq dərəcəsini alır. Utrext (1893), Köniqsberq (1896) və Vyanada (1901) cərrahiyyə professoru olur. 1890-cı ildə o, zob əməliyyatları ilə tədqiata başlayır. Tezliklə tiroid xərçəngini öyrənir və hipofiz cərrahiyyəsi sahəsində mühüm işlər görür.


Alim müasir mədə-bağırsaq cərrahiyyəsinin yaradıcılarından biri və Avropada onurğa sütununun şişini çıxaran ilk cərrah olub. O, beyin cərrahiyyəsində də qabaqcıl olub və həmçinin streptokok infeksiyaları üzrə tədqiqatlar aparıb.

 

Aztibb.az

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir