Mədə və bağırsaqlara mənfi təsir göstərən məhsullar - Qastroenteroloq sadaladı
26.07.2023 10:16

Sağlam qidalanma ümumi rifahımız üçün vacibdir, o, orqanizmi zəruri qidalarla təmin edir, immunitet sistemini dəstəkləyir və xroniki xəstəliklərin inkişafının qarşısını alır.

Aztibb.az xəbər verir ki, “MedikForum” portalının məlumata görə, qastroenteroloq Aleksandra Alisova mədə və bağırsaqlarda narahatlığın çox vaxt qida seçimi ilə bağlı olduğunu izah edib.

Narahatlığın əsas səbəbi düzgün qidalanmamaqdır. O, bəzi qidaların ciddi həzm problemlərinə səbəb ola biləcəyini vurğulayıb. Həkimin sözlərinə görə, hər onuncu xəstə köp, şişkinlik və ya gurultudan şikayətlənir.

Fruktoza orqanizm üçün çətin həzm olunur və bağırsaq xəstəliklərinə səbəb ola bilər. Tibb mütəxəssisi təkcə meyvələrin deyil, həm də xəmir, qatıq, limonad və ketçupun istehlakını məhdudlaşdırmağı tövsiyə edir.

Bundan əlavə, qulançar, soğan və çuğundurda olan bəzi karbohidratlar da narahatlıq yarada bilər. Qlütenə qarşı dözümsüzlüyü olan insanlara taxıl məhsullarından istifadə etməmək tövsiyə olunur.

Tibb mütəxəssisi həddindən artıq spirt istehlakı ilə pankreatitin - mədəaltı vəzinin iltihabının inkişaf ehtimalını da qeyd edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev