Afrika bankları vaksinin hazırlanmasına 5 milyard dollar ayırdı
16.10.2020 09:43

Afrika bankları COVID-19-a qarşı vaksinin hazırlanmasına 5 milyard dollar ayırıb

16.10.2020 [05:40]DÜNYA

 

Madrid, 16 oktyabr, AZƏRTAC

Afrika İttifaqı Xəstəliklərin Qarşısının Alınmasına Nəzarət Mərkəzinin (Afrika CDC) rəhbəri Con Nkenqasonq bildirib ki, Afrika İnkişaf Bankı və Afrika İxracat-İdxal Bankı tərəfindən qitədə COVID-19-a qarşı vaksinin hazırlanmasına 5 milyard dollar maliyyə vəsaiti ayrılıb.

 

Aztibb.az xəbər verir ki, vaksinlərin ilkin dövrdə kifayət etməyəcəyini qeyd edən Nkenqasonq Afrika qitəsində vaksinin paylanmasını və immunizasiyanı mühüm tədbir adlandırıb. O, vaksinlərin kifayət etməyəcəyini deyərək, onların Afrika ölkələri arasında prioritet qaydada bölünməsinin vacibliyini vurğulayıb.

 

Bu həftə Dünya Bankı daha az inkişaf etmiş ölkələrdə vaksinin alınması və paylanması üçün 12 milyard dollar maliyyə vəsaiti ayırdığını bəyan edib.

 

Qeyd edək ki, hazırda Afrika qitəsinin 55 ölkəsində koronavirusa yoluxmuş insanların sayı 1 milyon 612 min 673 nəfər, ölənlərin sayı 39 min 122 nəfər təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib