Masallı Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub
18.07.2023 11:38
Masallı Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Məmmədov Alim İslam oğlu müəssisənin Əməliyyatxana bölməsinin müdiri vəzifəsinə təyin edilib.
 
O, 1963-cü ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun II Müalicə-profilaktika fakültəsinə daxil olub, 1990-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Oxuduğu illərdə təhsildə qazandığı yüksək nailiyyətlərə görə Lenin təqaüdünə layiq görülüb.
 
Alim Məmmədov 1990-cı ilin sentyabr ayından 1992-ci ilin sentyabr ayına kimi ATU-nun Ümumi cərrahiyyə kafedrasının klinik ordinatoru, 1992-ci ilin noyabr ayından 1995-ci ilin noyabr ayına kimi həmin kafedranın aspirantı olub. 1996-cı ildə “Qanaxma ilə ağırlaşmış mədə və onikibarmaq bağırsaq xoralı xəstələrdə müalicə taktikasının seçilməsinin müasir aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb.
 
1995-2015-ci illərdə ATU-nun Ümumi cərrahlıq kafedrasının assistenti, 2015-2023-cü illərdə həmin kafedranın dosenti vəzifələrində çalışıb.
 
O, 32 ildən artıq cərrahi, 25 ildən artıq pedaqoji təcrübəyə malikdir. 2 dərs vəsaitinin, 2 metodik tövsiyyənin, 2 səmərələşdirici təklifin, 2 metodik dərs vəsaitinin və 100-ə yaxın elmi məqalə və tezisin müəllifidir.
 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib