Qobustan RMX-da təlim: “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” 
04.09.2026 17:10

Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda növbəti təlim Qobustan Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

 

Bu barədə Aztibb.az-a Qobustan RMX-dan məlumat verilib.

 

Bildirilib ki, təlimdə tibb müəssisəsinin baş həkimi, Ailə Sağlamlığı Mərkəzinin, kənd Ailə Sağlamlığı Mərkəzlərinin, kənd tibb məntəqələrinin və kənd həkim məntəqələrinin həkimləri, terapevt və pediatrları, həkim-infeksionist, eləcə də tibb bacıları iştirak ediblər.

 

Təlim Ağciyər Xəstəlikləri Mərkəzinin İsmayıllı Regional Xəstəxanasının baş həkimi Anar Məmmədov tərəfindən keçirilib.

 

Təlim zamanı vərəmin erkən aşkarlanmasının əhəmiyyəti, risk qruplarının vaxtında müayinəyə cəlb edilməsi, vərəmə şübhəli halların düzgün qiymətləndirilməsi və pasiyentlərin ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ yönləndirilməsi məsələləri diqqətə çatdırılıb.

 

Həmçinin müalicəyə sadiqliyin artırılması, dərman vasitələrinin pasiyentlərə çatdırılması və VOT – videonəzarətli müalicə xidmətinin əhəmiyyəti barədə məlumat verilib.

 

Təlimdə ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmət arasında səmərəli və əlaqələndirilmiş əməkdaşlığın vərəmin yayılmasının qarşısının alınmasında, xəstələrin vaxtında aşkarlanaraq müalicəyə cəlb edilməsində və müalicə nəticələrinin yaxşılaşdırılmasında mühüm rol oynadığı vurğulanıb.

 

Təlim təqdimat, sual-cavab sessiyası və qarşılıqlı fikir mübadiləsi formatında davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub