Qazaxda maarifləndirici tədbir: "Sülh və sağlamlıq"
03.09.2026 14:11

Sülh Aylığı çərçivəsində Qazax Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə "Sülh və sağlamlıq" mövzusunda ümumi maarifləndirmə tədbiri baş tutub.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Qazax RMX-nın direktoru Afiq Fərruxov vurğulayıb ki, tibb müəssisəsinə müraciət edən hər bir vətəndaşın sağlamlığı həkimlərimizə əmanətdir: "Xəstəxanaya ağrılı, qorxulu və narahat halda gələn vətəndaşlar üçün bizim vəzifəmiz təkcə onu müalicə etmək deyil, həm də ona ümid, təsəlli və hörmət verməkdir. Keyfiyyətli xidmətin 50%-i peşəkarlıq, 50%-i rəftardır. Bir gülümsəmə, bir xoş söz bəzən ən bahalı dərman qədər təsir edir."

 

Digər çıxış edənlər qeyd ediblər ki, güclü komanda yalnız bir-birini dəstəkləyən kollektivdə formalaşır. Biz rəqib deyil, ailəyik.

 

Tədbirdə xüsusilə ağır diaqnoz alan xəstələrə psixoloji dəstəyin müalicənin ayrılmaz hissəsi olduğunu bildirilib.Uşaqla işləyərkən səbirin, valideynə izah verərkən anlayışın nə qədər vacib olduğunu öz nümunələri ilə izah edilib.

 

Tədbir boyu açıq müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub