Qobustan RMX-da “Pasiyent məmnuniyyəti və etik davranış” mövzusunda təlim keçirilib
03.09.2026 11:56

Qobustan Rayon Mərkəzi Xəstəxanasında əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması, pasiyentlərlə düzgün ünsiyyətin və etik davranış prinsiplərinin təkmilləşdirilməsi məqsədilə “Pasiyent məmnuniyyəti və etik davranış” mövzusunda təlim keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə müəssisəsinin direktoru Günay Muradova çıxış edərək pasiyent məmnuniyyətinin təmin olunmasında əməkdaşların peşəkar və etik davranışının, pasiyentlərlə düzgün ünsiyyətin və müraciətlərə həssas yanaşmanın əhəmiyyətindən danışıb. Direktor mövzu ilə bağlı öz təcrübəsini bölüşərək əməkdaşlara dəyərli tövsiyələr verib.

 

Daha sonra təlim Xəstə xidmətləri şöbəsinin müdiri Kəmalə Zərbalıyeva tərəfindən davam etdirilib. Təlim zamanı pasiyentlərlə ünsiyyət zamanı etik davranış qaydaları, müraciətlərə düzgün yanaşma, pasiyent hüquqlarının qorunması, xidmət keyfiyyətinin yüksəldilməsi və pasiyent məmnuniyyətinin artırılmasında əməkdaşların rolu barədə ətraflı məlumat verilib.

 

Təlimdə tibb müəssisəsinin inzibati və tibbi heyəti, xüsusilə Xəstə xidmətləri şöbəsinin, Sığortanın təşkili və innovasiya şöbəsinin əməkdaşları iştirak ediblər.

 

Təlim interaktiv şəkildə keçirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı my.gov.az portalı üzərindən aparılacaq
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Qəbul imtahanında 700 bal toplayan Sumqayıt məktəblisi Azərbaycan Tibb Universitetini seçib
Ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən həkim - Rəşad Nəsirli
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib  
Hadrut qəsəbə sakinləri üçün növbəti səyyar tibbi müayinə təşkil olunub
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasının invaziv kardioloqu Baku TV-yə müsahibə verib